İranla danışıqlar nəticəsiz qaldı - Vens Pakistanı tərk etdi
İranla danışıqlar nəticəsiz qaldı - Vens Pakistanı tərk etdi
ABŞ-nin vitse-prezidenti J.D. Vens İran nümayəndə heyəti ilə aparılan, lakin nəticəsiz başa çatan danışıqlardan sonra Pakistandan ayrılıb.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə vitse-prezidentin mətbuat xidməti məlumat yayıb.
“Flight Radar” xidmətinin məlumatına görə, “İki nömrəli bort” Pakistanın hava məkanını Tacikistan istiqamətindən tərk edib.
Qeyd edək ki, Vens bundan əvvəl Vaşinqton və İran nümayəndələri arasında İslamabad şəhərində keçirilən danışıqların yekununda razılıq əldə olunmadığını bəyan etmişdi.
“İran tərəfi ilə bir sıra məzmunlu müzakirələr apardıq ki, bu, müsbət haldır. Lakin mənfi məqam ondan ibarətdir ki, razılığa nail ola bilmədik. Bizə onların nüvə silahı yaratmaq niyyətində olmadıqlarına və bu istiqamətdə imkan verəcək vasitələri əldə etməyə çalışmayacaqlarına dair qəti zəmanət lazımdır. Əsas sual isə budur: onların təkcə hazırda və ya yaxın illərdə deyil, uzunmüddətli perspektivdə də nüvə silahı hazırlamaq niyyətində olmadıqlarına inanırıqmı? Hazırda bunu görmürük, lakin görəcəyimizə ümid edirik”, – deyə o bildirib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp