İranlı general: "Silahlı qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib"
İranlı general: "Silahlı qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilib"
İran ordusu və İslam İnqilabı Keçikçiləri Korpusu (SEPAH) tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
"Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bunu SEPAH komandanının müşaviri, briqada generalı Mürtəza Qurbani deyib.
O, İranın ABŞ və İsrailin istənilən təcavüzünə hazır olduğunu bildirib.
"Hazırda təxminən 400 ordu bölməsi və SEPAH tətiyi çəkməyə hazırdır" ,- deyə SEPAH generalı əlavə edib.
Xatırladaq ki, İranda yüksək inflyasiya və milli valyutanın çöküşü ilə bağlı kütləvi etirazlar fonunda ABŞ Prezidenti Donald Tramp ölkə rəhbərliyini təhdid edib. O bildirib ki, İran hökuməti vətəndaşlarına qarşı güc tətbiq edərsə, ABŞ onları qorumağa hazırdır.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf