İranlılar Türkiyəyə köç edir
İranlılar Türkiyəyə köç edir
İranda baş verən etirazlar fonunda onlarla iranlı ölkəni tərk edərək Türkiyəyə yollanmağa başlayıb.
Bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Məlumata görə, iranlı ailələr Van vilayətindəki Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyəyə daxil olub.
Hazırda Kapıköy sərhəd məntəqəsindən keçən iranlılar mediaya danışmaqdan ehtiyat edirlər. Onlar İrana geri döndükləri zaman yarana biləcək təhlükələrdən qorxduqlarını bildirirlər. Türkiyənin təhlükəsizlik rəsmiləri isə sərhəddə vəziyyətin hələlik fövqəladə olmadığını, lakin hər hansı kütləvi qaçqın axınına qarşı bütün inkişafların yaxından izlənildiyini qeyd ediblər.
Xatırladaq ki, insan haqları qruplarının son hesabatına görə, dekabrın 28-dən başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı artıq 2400 nəfəri ötüb, minlərlə insan isə həbs edilib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf