İraqın sabiq prezidenti Saleh BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı seçilib
İraqın sabiq prezidenti Saleh BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı seçilib
BMT İraqın sabiq prezidenti (2018-2022) Bərham Salehin BMT-nin Qaçqınlar üzrə yeni Ali Komissarı vəzifəsinə namizədliyini təsdiqləyib.
Bu barədə BMT-nin mətbuat xidməti məlumat verib.
"BMT Baş Assambleyası Bərham Əhməd Salehi (İraq) 1 yanvar 2026-cı ildən başlayaraq beş illik müddətə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsinə seçib", - məlumatda deyilir.
O, son 10 ildir bu vəzifəni tutan və səlahiyyət müddəti 2025-ci ilin sonunda başa çatan italyan Filippo Qrandini əvəz edəcək.
Qeyd edək ki, Saleh 1960-cı ildə Süleymaniyyədə anadan olub və Böyük Britaniyada təhsil alıb. 1970-ci illərdə Qərb ölkələri ilə münasibətlərə cavabdeh olan Kürdüstan Vətənpərvərlər Birliyinə qoşulub. 2001-ci ildən 2004-cü ilə qədər İraq Kürdüstanının nazirlər kabinetinə rəhbərlik edib, 2005-ci ildə isə İraq Müvəqqəti Hökumətində Planlaşdırma naziri olub. 2006-cı ildən 2009-cu ilə qədər Nuri əl-Malikinin kabinetində Baş nazirin müavini, 2009-cu ildən 2011-ci ilə qədər isə yenidən Kürdüstan Regional Hökumətinin Baş naziri vəzifəsində çalışıb. 2018-ci ildə parlament səsverməsinin ikinci turunda İraq prezidenti seçilsə də, 2022-ci ildə ikinci müddətə namizədliyində məğlub olub.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib