İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub.
İrəvan qazılığının fəaliyyəti bərpa edilib, yeni qazı təyin olunub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İrəvan qazılığının fəaliyyəti bərpa edilir.
"Yeniinfo" xəbər verir ki, bununla bağlı İdarənin Qazılar Şurasında iclas keçirilir.
Bildirilib ki, İrəvan qazısı fəaliyyətini QMİ-nin əsas binasında davam etdirəcək.
QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxışında bu məsələyə toxunaraq bildirib ki, İdarənin tarixi İrəvan qazılığının fəaliyyətini bərpa etməsi zamanın tələbidir:
"Biz Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltməliyik. Tarixi ədalət bizdən bunu tələb edir. Bölgənin tarixi-dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi əsrlərə söykənən ənənəvi mənəvi irsin varisi olaraq, tarixi köklərinə istinadən dini-mənəvi mərkəz missiyasını həyata keçirir, statusunu qoruyub saxlayır".
Şeyxülislam vurğulayıb ki, dini mərkəz keçmiş ehtiram və gələcəyə inamla, ənənəvi olaraq Tiflisdə, Batumda, Dərbənddə olduğu kimi, İslam sivilizasiyasının tarixi məkanlarından olan Qərbi Azərbaycanda da İrəvan qazılığının yenidən fəaliyyətə başlamalı olduğuna əmindir:
"Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq". Bütün bunları nəzərə alaraq, habelə, Qərbi Azərbaycan İcması ilə məsləhətləşərək İrəvan qazılığının bərpası barədə tarixi əhəmiyyətli qərarımızı elan edirik".







Oxşar -Yeniinfo.az
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı
Kartla ödəniş edənlərə pis xəbər
Alça bağlarında dəhşətli xəstəlik yayıldı