İsrail Qəzzaya havadan 90 qutu humanitar yardım çatdırıb
İsrail Qəzzaya havadan 90 qutu humanitar yardım çatdırıb
“Ölkəmizlə BƏƏ, İordaniya, Misir, Fransa və Almaniya arasında əldə olunan razılaşmaya əsasən, İsrail Müdafiə Qüvvələri Hökumətin Ərazilərdəki Fəaliyyətinin Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə son saatlar ərzində Qəzza sektoruna havadan 90 qutu həcmində humanitar yardım buraxılıb”.
Bu barədə İsrail Müdafiə Qüvvələrindən məlumat verilib.
Bildirilib ki, bu addım bölgədə yaşayan dinc əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması xarakteri daşıyır.
Məlumatda, həmçinin regionda aclığın hökm sürdüyü barədə informasiya təkzib edilib.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri beynəlxalq ictimaiyyətin dəstəyi ilə Qəzza zolağında humanitar şəraitin daha da yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirəcək.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..