İtaliya baş naziri Kiyevə NATO qoşunları olmadan təhlükəsizlik zəmanətləri təklif edib
İtaliya baş naziri Kiyevə NATO qoşunları olmadan təhlükəsizlik zəmanətləri təklif edib
İtaliya Baş naziri Corcia Meloni Kiyev hakimiyyətinə sülh yolu ilə həll üçün təhlükəsizlik zəmanətləri təqdim edən plan irəli sürüb.
Bu barədə "Bloomberg" agentliyi məlumat verib.
Məlumata görə, təklifdə Kiyevdə Qərb müttəfiqlərinin qoşunlarının yerləşdirilməsi nəzərdə tutulmayıb.
Agentlik qeyd edir ki, İtaliya Baş nazirinin təklifində Ukraynanın NATO-ya qəbul cəhdlərindən imtina nəzərdə tutulur.
Eyni zamanda, plan çərçivəsində alyans ölkələrinin Kiyev ilə razılaşmalar bağlaya biləcəyi mexanizm təklif edilir.
Təklifə əsasən, Ukraynaya hücum edilərsə, 24 saat ərzində Kiyevə hərbi dəstək göstəriləcək.
Qeyd edilir ki, İtaliyanın planı NATO ölkələri tərəfindən nəzərdən keçirilən bir neçə təklifdən biridir.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..