Kakaonun kişilər üçün maraqlı faydası...
Kakaonun kişilər üçün maraqlı faydası...
Yeni araşdırmalar göstərir ki, kakao və meyvələr kimi flavanollarla zəngin qidaların qəbulu kişilərdə uzun müddət oturmağın zərərli təsirlərindən damar sağlamlığını qoruyur.
Uzun müddət oturmaq müasir həyat tərzində olduqca yayqındır.
Tədqiqatlara görə, gənclər gündə orta hesabla 6 saat oturaraq vaxt keçirirlər. Lakin bu, damar funksiyasının əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.
Alimlər flavanollarla zəngin qidaların bu mənfi təsirləri azalda biləcəyini sınaqdan keçiriblər. İştirakçılara yüksək və aşağı flavanol tərkibli kakao verilib. Sonra onlardan uzun müddət hərəkətsiz qalmaları istənilib.
Qeyd olunub ki, qadınların menstrual dövrünün təsiri səbəbindən yalnız kişilərdə əldə edilən nəticələr olduqca təəccüblüdür. Aşağı flavanol qəbul edənlərdə damar funksiyası zəifləyib və qan təzyiqi artıb. Yüksək flavanol qəbul edənlərdə heç bir mənfi təsir müşahidə edilməyib.
Tədqiqatçılar flavanolların uzun müddət oturmağın qan damarlarına vurduğu zərərin demək olar ki, tamamilə qarşısını ala biləcəyini deyiblər.
Tədqiqatçı Katarina Rendeiro deyib:
“Uzun müddət oturma müddətində flavanollarla zəngin qidaların qəbulu damar sağlamlığını qorumağın təsirli bir yolu ola bilər”.
Doktorant Alessio Daniele də kakaodan başqa alternativlərin də olduğunu vurğulayaraq bildirib:
“Əgər kakao qəbul etmirsinizsə, alma, gavalı, qaragilə, fındıq, qara və yaşıl çay oxşar faydalar verə bilər”.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp