Kanadada həmyerlisinin ürəyini çıxarıb yeyən qatil həbs olunmadı
Kanadada həmyerlisinin ürəyini çıxarıb yeyən qatil həbs olunmadı
Kanadada ağlasığmaz və amansız qətl hadisəsi baş verib.
Vinsent Veyquan Li avtobusda Tim Maklinə hücum edərək, bıçaqla onun başını kəsib.
Məlumata görə, Li qurbanının qulağını, burnunu və dilini kəsib. Ölən şəxsin ürəyi və gözü isə tapılmayıb. Polisin versiyasına əsasən, Vinsent Li öldürdüyü şəxsin ürəyini və gözünü yeyib.
Məhkəmədə qatil "tanrının səsini" eşitdiyini və bu səsin ona qətli törətməyi əmr etdiyini bildirib.
Li ifadəsində deyib ki, qeybdən gələn səs ona Tim Maklin adlı şəxsin əslində yadplanetli olduğunu və onu öldürməli olduğunu söyləyib.
Məhkəmə qərarına əsasən, Vinsent Li ruhi xəstə sayılıb və psixiatrik xəstəxanaya yerləşdirilib.
Zərərçəkənin anası isə qatili ruhi xəstə hesab etmədiyini və ədalətin bərpa olunmadığını bildirib.
Ağır və dəhşətli cinayət törətməsinə baxmayaraq, Vinsent Li hazırda azadlıqdadır. O, adını dəyişərək Manitobada yaşayır.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..