Kaya Kallas ABŞ-ni hədələdi
Kaya Kallas ABŞ-ni hədələdi
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ni hədələyərək xatırladıb ki, Qrenlandiyanın statusunu yalnız bu adanın sakinləri müəyyən edə bilərlər.
O bu barədə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etməsi fonunda "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Biz Danimarka və Qrenlandiya ilə həmrəyliyimizi ifadə etməyə davam edirik. Qrenlandiya Danimarka Krallığının tərkibində muxtar ərazidir. Onun statusunda hər hansı dəyişiklik yalnız qrenlandiyalılar və danimarkalılar tərəfindən həll oluna bilər", - deyə paylaşımda qeyd olunub.
Kallasın sözlərinə görə, Avropa İttifaqı (Aİ) bütün tərəfdaşlarından onların suverenliyinə və ərazi bütövlüyünə hörmət gözləyir. Bu baxımdan o, BMT və NATO nizamnamələrinin müddəalarını xatırladıb.







Oxşar -Yeniinfo.az
Səudiyyə Ərəbistanından Türkiyəyə dəmir yolu xətti çəkiləcək
İran Hörmüz boğazında nəzarəti gücləndirir
Türkiyədə uşaq bayramı tədbirləri təxirə düşdü
İran 5 ölkəyə xəbərdarlıq etdi
Ukrayna yeni dronun istehsalına başladı
Kremldən Putin-Zelenski görüşü ilə bağlı - Açıqlama
Müzakirələr üçün əsas maneə bunlardır - Pezeşkian
Kiminlə razılaşacağımızı bilirik, vahid təklif gözləyirik - ABŞ