Kit Kelloq: "Rusiya artıq Ukraynaya qalib gələ bilməz"
Kit Kelloq: "Rusiya artıq Ukraynaya qalib gələ bilməz"
"Rusiya artıq müharibədə qələbə qazana bilməz, Ukrayna isə mənəvi üstünlüyünü qoruyur".
Bunu ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kit Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci illik görüşündə deyib.
Onun sözlərinə görə, Ukrayna pilotsuz uçuş aparatları istehsalında dünya liderinə çevrilib və ABŞ-ni əhəmiyyətli dərəcədə qabaqlayıb.
Kelloq qeyd edib ki, Rusiya güclü orduya malikdir, lakin onun imkanları Moskvanın iddia etdiyi səviyyədən uzaqdır.
"Ukraynalılar artıq Rusiyanın hərbi gücünü əhəmiyyətli dərəcədə azaltmağı bacarıblar, buna görə də Ukraynanın məğlubiyyətindən artıq söhbət gedə bilməz", - deyə o vurğulayıb.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..