KİV: ABŞ-ın Maduronun ələ keçirilməsi zamanı istifadə edilən xüsusi silahın adı açıqlanıb
KİV: ABŞ-ın Maduronun ələ keçirilməsi zamanı istifadə edilən xüsusi silahın adı açıqlanıb
ABŞ Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi zamanı Discombobulator adlı silahdan (ingilis dilindən tərcümədə “Dezorientator”) istifadə edib.
Bu barədə The New York Post (NYP) qəzeti məlumat yayıb.
“Bu, ‘Dezorientator’dur. Mən onun haqqında danışa bilmərəm”, – deyə ABŞ lideri Donald Tramp NYP-yə müsahibəsində bildirib.
Qəzet həmçinin Ağ Evin mətbuat katibi Kerolayn Levittin səhifəsində dərc olunan, Venesuela prezidentinin mühafizə xidmətində çalışan şəxslərdən birinin sözlərini də sitat gətirib. Həmin şəxs “Dezorientator”un zərbəsini “çox güclü səs dalğası” ilə müqayisə edib.
***
24 yanvar
Satt 20:27
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilərin Venesuelada həyata keçirilən əməliyyat zamanı gizli silahdan istifadə etdiyini iddia edib.
Ağ Ev rəhbəri bunu "New York Post" qəzetinə müsahibəsində danışıb.
Nəşrin yazdığına görə, Tramp bu silah barədə danışmağa icazəsi olmadığını bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Venesuelada mövcud olan raketlərin havaya qaldırılması mümkün olmayıb.
“Onların Rusiya və Çin istehsalı raketləri var idi, lakin onlar havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işə düşmədi”, – deyə Tramp vurğulayıb.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf