KİV: ABŞ-İran danışıqları ərəb liderlərinin lobbiçilik fəaliyyəti nəticəsində bərpa olunub
KİV: ABŞ-İran danışıqları ərəb liderlərinin lobbiçilik fəaliyyəti nəticəsində bərpa olunub
Ərəb liderlərinin Ağ Evdə lobbiçilik fəaliyyəti nəticəsində İranla nüvə danışıqları yenidən bərpa olunub.
Bu barədə iki ABŞ rəsmisinə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə, bir neçə Yaxın Şərq liderinin çərşənbə günü günortadan sonra Tramp administrasiyası ilə danışıqları nəticəsində İranla nüvə danışıqları yenidən başlayıb.
Qeyd edək ki, İran ABŞ-ın əvvəlcə İstanbulda keçirilməsini nəzərdə tutduğu görüş planına edilən dəyişiklikləri rədd etməsinə baxmayaraq, danışıqlar Omanda keçiriləcək.
Məslə ilə bağlı yaranmış fikir ayrığı Yaxın Şərqdə prezident Donald Trampın hərbi əməliyyatlara keçəcəyi ilə bağlı qorxulara səbəb olub. Regiondan ən azı doqquz ölkə Ağ Evə ən yüksək səviyyələrdə müraciət edərək ABŞ-ı görüşü ləğv etməməyə çağırıb.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf