KİV: Bricit Makron Emmanueldən yorulub və özünə yeni məşğuliyyət tapıb
KİV: Bricit Makron Emmanueldən yorulub və özünə yeni məşğuliyyət tapıb
Fransanın birinci xanımı Bricit Makron onun üçün ağır keçən 2025-ci ildən sonra psixoloji baxımdan tükənmə həddindədir.
Bu barədə "Closer" jurnalına istinadən xəbər verir.
O, ötən il ərzində davamlı olaraq səs-küylü qalmaqallarla gündəmə gəlib, həyat yoldaşı Prezident Emmanuel Makrondan, onun aşağı reytinqlərindən yorulub və özünə yeni bir məşğuliyyət tapıb.
Bildirilir ki, bu məlumatı Yelisey sarayına yaxın bir mənbə də təsdiqləyib.
Onun sözlərinə görə, ər-arvad münasibətlərində də hər şey qaydasında deyil, gərginlik getdikcə artır. Bricit Emmanueli müdafiə etməyə çalışsa da, onun reytinqlərinin davamlı şəkildə aşağı düşməsi birinci xanımda ciddi yorğunluq yaradır.
Bricit tarazlığı yeni bir hobbi - yazıçılıq vasitəsilə tapmağa çalışıb. O, arzularını şəxsi gündəliyinə yazır və bu, psixoloji təzyiqdən çıxmasına kömək edir. Lakin ən məxfi düşüncələrinin qorunmasına diqqət edərək, bəzi səhifələri cırıb, çünki onların yad əllərə keçə biləcəyindən qorxub.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf