KİV: Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək
KİV: Netanyahu Trampa İrana yeni hücum planı təqdim edəcək
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-a planlaşdırılan səfəri zamanı Prezident Donald Trumpa İrana yeni mümkün hücum planını təqdim edəcək.
Bu barədə “NBC News” telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.
İsrailin əsas narahatlığı İranın ballistik raket istehsalını artırmasıdır. Tehranın ballistik raket istehsalının ildə 3000 ədədə çatacağı proqnozlaşdırılır.
İsrail İranın uran zənginləşdirmə proqramını da yenidən bərpa etdiyini də bildirir. İsrail İranın nüvə silahı yaratma proqramını qlobal təhlükə olaraq qiymətləndirir, lakin hazırda bu proqramın yaxın zamanda tamamilə bərpa olunacağı gözlənilmir.
Qeyd edək ki, bu ilin iyun ayında 12 günlük müharibə zamanı İran İsrailin zərbələri nəticəsində 1000-dən çox insanın öldüyünü açıqlayıb. İran İsrailə 500-dən çox ballistik raket atıb, 1100-dən çox pilotsuz uçan aparat göndərib. Bu hücumla nəticəsində İsraildə 32 nəfər ölüb, 3000-dən çox insan isə yaralanıb.
ABŞ da sonradan İranın yeraltı nüvə obyektlərinə zərbə endirib.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib