KİV: Tramp Zelenskini Rusiyanın təklifini qəbul etməyə çağırıb
KİV: Tramp Zelenskini Rusiyanın təklifini qəbul etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp oktyabrın 17-də Vaşinqtonda keçirilən görüş zamanı Volodimir Zelenskiyə Rusiyanın təklif etdiyi şərtləri qəbul etməyi tövsiyə edib, əks halda Ukraynanın “tam məhv ola biləcəyi” barədə xəbərdarlıq edib.
Bu barədə "Financial Times" qəzeti mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp və Zelenski arasında söhbət bir neçə dəfə mübahisəyə çevrilib.
Nəşrin mənbələri bildiriblər ki, ABŞ lideri cəbhə xəttini göstərən xəritələri kənara qoyaraq, Ukraynanın Donbası tam şəkildə Rusiyaya verməsi gərəkdiyini israrla vurğulayıb.
“Görüşdən sonra Zelenski çox mənfi əhvalda idi,” – deyə qəzetin mənbələrindən biri əlavə edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..