KİV: Yəmən hökuməti istefa verib
KİV: Yəmən hökuməti istefa verib
Yəmənin Prezident Rəhbərliyi Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xarici işlər naziri Şaya Möhsün əl-Zindanini yeni Baş nazir təyin edib.
Bu barədə Yəmənin SABAH agentliyi məlumat yayıb.
"Doktor Şaya Möhsün əl-Zindanini Nazirlər Şurasının sədri təyin edilsin və ona hökumət qurmaq tapşırılsın", - fərmanda deyilir. Sənədə əsasən, mövcud Nazirlər Kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Yanvarın 15-də Yəmənin Prezident Rəhbərliyi Şurasının sədri Salem Saleh bin Breyk tərəfindən təqdim olunan Nazirlər Kabinetinin istefasını qəbul edib. Bəyanatda qeyd olunur ki, qərar ölkədəki son dəyişikliklərə uyğun olaraq yeni hökumətin formalaşdırılması üçün yol açmaq məqsədilə verilib. Digər fərmanla əl-Əlimi onu maliyyə və iqtisadi məsələlər üzrə müşaviri təyin edib.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf