Kənar şəxslər adınıza kredit götürə bilməyəcək
Kənar şəxslər adınıza kredit götürə bilməyəcək
Hazırda bəzi hallarda vətəndaşın hesabı vasitəsilə onun üzərinə əlavə öhdəliklər yaradılaraq adına kredit rəsmiləşdirilməsi və ya mövcud kredit limitlərinin artırılması yolu ilə vəsaitlərin mənimsənilməsi kimi hallar müşahidə olunur.
Bu fikirləri 12 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri” mövzusunda forumda Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar davranışlarının tənzimlənməsi departamentinin Bazar davranışları siyasəti şöbəsinin rəisi Ülvi Qurbanov bildirib.
Ü.Qurbanov bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, beynəxalq təcrübədə də mövcuddur.
Qurum rəsmisi əlavə edib ki, könüllü kredit qadağası mexanizmi bir sıra ölkələrdə - Rusiya, Sinqapur, Finlandiya və Avstraliyada tətbiq olunur. Onun sözlərinə görə, həmin mexanizmin Azərbaycanda da tətbiqi məsələsi nəzərdən keçirilir:
“Tətbiq olunacağı təqdirdə bu mexanizm istehlakçılara əvvəlcədən vahid platforma üzərindən, yəni Kredit Bürosu vasitəsilə müraciət etməklə öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə qadağa qoymaq imkanı verəcək. Bu halda heç bir maliyyə institutu, kredit təşkilatı və ya bank vətəndaşın hesabı kənar şəxslər tərəfindən ələ keçirilsə belə, onun adına məsafədən kredit təsdiqləyə və ya kredit limitini artıra bilməyəcək”.
O həmçinin diqqətə çatdırıb ki, nə qədər qabaqlayıcı mexanizmlər tətbiq edilsə və platformalar gücləndirilsə də, əsas məsuliyyət və qərarverici tərəf vətəndaşın özüdür:
“Bu baxımdan vətəndaşların maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Bank olaraq, biz də bu istiqamətdə müxtəlif dövlət qurumları və maliyyə assosiasiyaları ilə birlikdə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir və gələcəkdə də bu fəaliyyətin davam etdirilməsi də prioritet istiqamətlərdəndir”, - deyə Ü.Qurbanov qeyd edib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı