Laçın rayonunda minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb.
Laçın rayonunda minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb.
Laçın rayonu Zabux kəndinin minadan təmizlənməmiş ərazisində baş verən yanğın söndürülüb
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət kapitanı Süleymanov Ruslan bildirib.
Onun sözlərinə görə, Zabux kəndi ərazisində yanğın olması barədə məlumat saat 14:57-də daxil olub:
“Hadisə yerinə çatan Laçın rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi tərəfindən yanğın saat 16:11 məhdudlaşdırılıb. Operativ müdaxilələr sayəsində “Azərişığa” məxsus iki transformator mühafizə olunub. Yanğın baş verən ərazi dağ-meşəlik və minadan təmizlənməmiş sahə olduğu üçün canlı qüvvəyə müəyyən çətinliklər yaradıb”.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı