Lavrov üzərində "SSRİ" yazılmış sviter geyinməsinə aydınlıq gətirdi
Lavrov üzərində "SSRİ" yazılmış sviter geyinməsinə aydınlıq gətirdi
"Üzərində "SSRİ" yazılmış sviterdə gizli bir məna axtarmağa ehtiyac yoxdur. Hər kəsin vətəni ilə fəxr etmək hüququ var".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Macarıstanın "Ultrahang" kanalına verdiyi müsahibəsində bildirib.
"Hər bir ölkənin tarixə, tarixin bəzi əlamətdar anlarına və ya hansısa hadisəyə həsr olunmuş geyim elementləri var. Sovet İttifaqı mənim vətənimdir. Mən orada anadan olmuşam, gəncliyimdən və orada Xarici İşlər Nazirliyində işləməkdən zövq almışam. Düşünmürəm ki, vətənimizdən utanmalıyıq", - deyə o qeyd edib.
Xatırladaq ki, Lavrov ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş ərəfəsində Alyaskada məhz sözügedən sviterdə görünüb. Geyimin üzərindəki "SSRİ" yazısı çoxlu söz-söhbətlərə səbəb olub.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..