Livanda yaşayış binası çöküb, ölən və yaralananlar var
Livanda yaşayış binası çöküb, ölən və yaralananlar var
Livanın şimalındakı Tripoli şəhərinin Təbbənə bölgəsində köhnə bir binanın uçması nəticəsində doqquz nəfər ölüb, altı nəfər yaralanıb.
Livan mediasının məlumatına görə, beşmərtəbəli bina hələlik məlum olmayan səbəblərdən uçub.
***
01:28
Livanın şimalındakı Tripoli şəhərində köhnə beşmərtəbəli binanın çökməsi nəticəsində çoxlu sayda yaralı və tələfat qeydə alınıb.
“əl-Cəzira”ya istinadən xəbər verir ki, hadisə nəticəsində dağıntılar altında qalanları çıxarmaq üçün intensiv xilasetmə əməliyyatları davam edir.
Məlumata görə binanın çökməsi bazar günü günortadan sonra baş verib. İlkin məlumata görə, sakinlər və xilasetmə qrupları dağıntılar altından dörd nəfəri sağ çıxara biliblər və itkin düşmüş digər şəxslərin axtarışı davam edir.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş