Martın 1-də gözlənilən hava şəraiti
Martın 1-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-5° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.







Oxşar -Yeniinfo.az
Aprelin 21-də gözlənilən hava şəraiti
Aprelin 20-də gözlənilən hava şəraiti
Aprelin 19-da gözlənilən hava şəraiti
Aprelin 18-də gözlənilən hava şəraiti
Aprelin 17-də gözlənilən hava şəraiti
Aprelin 16-da gözlənilən hava şəraiti
Aprelin 15-də gözlənilən hava şəraiti
Aprelin 14-də gözlənilən hava şəraiti