Masallıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var
Masallıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var
Masallı rayonunda avtomobilin daş hasara çırpılması nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Hadisə ötən gecə rayonun Mahmudavar kəndlərində baş verib.
Masallı rayon sakini, 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı daş hasara çırpılıb.
Qəza nəticəsində O.Zamanov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı