Maşın bazarında böyük azalma var
Maşın bazarında böyük azalma var
Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur. Rəsmi statistikaya görə, bu ilin ilk rübündə idxal olunan minik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 587 ədəd, yəni 36.2% azalıb. Beləliklə, idxal göstəricisi 13 359 ədədə enib.
Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, bu rəqəmlərin arxasında həm qanunvericilikdəki dəyişikliklər, həm də iqtisadi faktorlar dayanır.
Əsas səbəblərdən biri yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinə qoyulan qadağadırsa, digəri vergi güzəştlərinin ləğvidir. Lakin bu azalma heç də avtomobil qıtlığı demək deyil.
Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirir ki, ölkənin avtoparkı üçün narahatlığa əsas yoxdur. Çünki anbarlarda kifayət qədər ehtiyat toplanıb.
Ekspertin fikrincə, ölkədə start götürən utilizasiya prosesi də yeni avtomobillərə tələbatı stimullaşdıracaq. Köhnə və ekoloji cəhətdən yararsız maşınlar sıradan çıxdıqca, onları yeniləri əvəz etməlidir.
Xatırladaq ki, ötən ilin ilk rübündə bu rəqəm xeyli yüksək - 20 946 ədəd təşkil edirdi.







Oxşar -Yeniinfo.az
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı
Kartla ödəniş edənlərə pis xəbər
Alça bağlarında dəhşətli xəstəlik yayıldı