Meloniyə qarşı BCM-də iddia qaldırılıb
Meloniyə qarşı BCM-də iddia qaldırılıb
İtaliyanın baş naziri Ciorcia Meloni onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) iddia qaldırıldığını bildirib.
O, bu haqda Rai1 telekanalına müsahibəsi zamanı danışıb.
“Mənə, (İtaliyanın müdafiə naziri) Guido Crozettoya, (xarici işlər naziri) Antonio Tajaniyə və səhv etmirəmsə Leonardo şirkətinin baş direktoru Roberto Cingolaniyə qarşı soyqırımda iştirak ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıblar. Məncə, nə dünyada, nə də tarixdə belə bir ittiham nümunəsi olmayıb”, - meloni deyib.
Qeyd edək ki, İtaliyanın aparıcı müdafiə sənayesi konserni “Leonardo”nun rəhbəri Roberto Cingolani daha əvvəl şirkətin Qəzza zolağında soyqırımda iştirak etməsi barədə iddiaları qəti şəkildə rədd etmişdi.







Oxşar -Yeniinfo.az
Zelenski: "Parad artıq Ukraynadan asılı vəziyyətə düşüb"
Makron Hörmüz boğazı ilə bağlı İrana ÇAĞIRIŞ ETDİ
Trampı heyrətləndirən məlumat: “İnanılmazdır, araşdırın!
İranla müharibə bitə bilər – Kritik tarix açıqlandı
II Dünya Müharibəsindən bəri ilk: Yapon hərbçiləri...
Macarıstan Ukraynaya məxsus pul və qızılları geri qaytardı
İran nüvə silahından imtina etdi - Tramp
İrana sanksiyaları yumşaltmağa hazırıq - Tramp