Merts və Makron ABŞ-ın mümkün rüsumlarına qarşı cavab tədbirlərinə hazırdır
Merts və Makron ABŞ-ın mümkün rüsumlarına qarşı cavab tədbirlərinə hazırdır
Almaniya kansleri Fridrix Merts və Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Avropa İttifaqı məhsullarına qarşı mümkün gömrük rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirlərinə hazır olduqlarını bildiriblər.
Yeni İnfo xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, iki lider arasında Berlindəki Borziq villasında üç saat davam edən danışıqlardan sonra belə bir nəticə əldə olunub.
Bununla yanaşı, Kornelius qeyd edib ki, Almaniya və Fransa danışıqların yekun mərhələsində İtaliya və Avropa Komissiyası ilə sıx koordinasiyada fəaliyyət göstərəcək.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..