Mixaylo Podolyak: "Ukraynanın seçki keçirməyə pulu yoxdur"
Mixaylo Podolyak: "Ukraynanın seçki keçirməyə pulu yoxdur"
"Ukraynanın seçki keçirmək üçün maliyyə resursları yoxdur".
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "Novini.LIVE" nəşrinə müsahibəsində bildirib.
"Obyektiv olaraq biz seçkini təşkil etməyi bacarmarıq, çünki büdcəmiz kəsirlidir", - deyə o qeyd edib.
Podolyakın sözlərinə görə, hazırda büdcənin əsas prioritetləri militarizasiya və sosial proqramlardır. Bu proqramlar iqtisadiyyatın zəifləməsi fonunda ev təsərrüfatlarının itkilərini kompensasiya etməyə yönəlib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 10-da 2026-cı il üçün dövlət büdcəsi haqqında qanunu imzalayıb. Sənədə əsasən, büdcə 2.918 trilyon qrivna gəlir, 4.781 trilyon qrivna xərc nəzərdə tutur. Büdcə kəsiri təxminən 1.863 trilyon qrivna (təxminən 47.5 milyard ABŞ dolları) təşkil edir.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf