Moldova ordusu Kalaşnikov avtomatından imtina edir
Moldova ordusu Kalaşnikov avtomatından imtina edir
Moldova ordusu NATO standartlarına mərhələli keçid çərçivəsində Kalaşnikov avtomatından imtina etmək niyyətindədir.
Bunu müdafiə naziri Anatoli Nosatıy Moldova 1 Radiosunda bildirib.
"Nəhayət, Qərbdə istifadə edilən silahlara, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə logistika, sursat və ehtiyat hissələrinə çıxış imkanı verir. Biz bunu tədricən edirik. Dörd-beş bölmə artıq Kalaşnikov avtomatlarından imtina edib: Baş Qərargah Alayı, Hərbi Akademiya və s.", - Nosatıy qeyd edib.
Xatırladaq ki, Bu il Moldova hökuməti Rusiyanı ölkənin əsas təhlükəsi kimi müəyyən edən yeni bir hərbi strategiya qəbul edib. Sənəddə hərbi xərclərin artırılması, yenidən silahlanma, Aİ və NATO hərbi təlim standartlarına keçid nəzərdə tutulur.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf