Telefon
WhatsApp
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
300 X 250 Reklam Alanı

Moskva və Vaşinqton ikitərəfli dialoqu qismən bərpa ediblər, lakin münasibətlər hələ də normallaşmaqdan uzaqdır.

Modern.az Yeni info.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin Serbiyanın "Politika" qəzetinə müsahibəsində bildirib .

“Baş verənləri normallaşma adlandırmazdım; bu, hələ çox uzaqdadır. İkitərəfli dialoqun qismən bərpasından danışmaq daha doğru olardı. Bu, Co Bayden administrasiyasının son dövrləri ilə müqayisədə müəyyən irəliləyiş hesab edilə bilər. Həmin dövrdə Vaşinqtonun təşəbbüsü ilə Rusiya-Amerika əlaqələri demək olar ki, tamamilə kəsilmişdi”, - deyə o qeyd edib.

Diplomatın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafındakı böhranın danışıqlar yolu ilə həllinə sadiq olduğunu nümayiş etdirir: "Digər tərəfdən, amerikalıların əməli hərəkətləri onların ədalətli dünya nizamının formalaşması istiqamətində işləməyə hazır olduqlarına dair ciddi şübhələr yaradır. Mən Rusiyaya qarşı davam edən sanksiya kampaniyasından, Kiyev rejiminə hərbi və kəşfiyyat dəstəyindən, Venesuela və İrana qarşı aqressiv hərəkətlərindən və daha çox şeydən danışıram. Bütün bunlar da nəzərə alınmalıdır".

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150