Müctəba buna görə sağ qalıb
Müctəba buna görə sağ qalıb
İranın yeni ali lideri Müctəba Xamenei fevralın 28-də hava hücumundan az öncə binanı tərk etdiyi üçün ölümdən xilas olub.
Bu barədə “Deyli Telegraf” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Allah belə istədi ki, Müctəba hansısa bir iş üçün həyətə çıxıb geri qayıtmalı oldu. O, çöldə idi və binaya raket dəyəndə artıq binaya doğru geri qayıdırdı”, - mənbə bildirib.
Hadisə zamanı Müctəbanın arvadı və oğlu ölüb.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk dəqiqələrində endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.







Oxşar -Yeniinfo.az
Ərdoğanın bu görüntüləri müzakirə yaratdı
“Şərtlər dəyişdi” – ABŞ-dan ziddiyyətli açıqlamalar gəlir
Trampın Putinə şəxsi rəğbətinin səbəbi budur – Simonyan
Zelenski Kiyevdəki hadisədən sonra hərəkətə keçdi
ABŞ-ni tənqid etdi
ABŞ qüvvələri İran gəmisinə atəş açdı
ABŞ İran gəmisini ələ keçirdi
Samoa sahillərində güclü zəlzələ oldu