Məkkəyə girişə məhdudiyyət qoyuldu
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Səudiyyə Ərəbistanı Həcc mövsümü ərəfəsində artan izdihamın qarşısını almaq üçün yeni qaydalar tətbiq edib. Qərara əsasən, Məkkə şəhərinə giriş artıq xüsusi icazə ilə mümkün olacaq.
Modern.az Yeni info.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.
Bildirilib ki, 14 aprel tarixindən etibarən Məkkəyə daxil olmaq istəyən şəxslər müvafiq qurumlardan rəsmi icazə almalıdır. İcazəsi olmayan şəxslərin şəhərə girişi qadağan ediləcək.
Məkkədə yaşayış icazəsi olanlar, Həcc vizası sahibləri və müqəddəs ərazilərdə işləyən şəxslər bu qaydadan istisna olunur.
Qərara əsasən, Ümrə vizası ilə ölkədə olan xarici ziyarətçilər 18 aprel 2026-cı ilədək ölkəni tərk etməlidirlər. Bu tarixdən sonra ölkədə qalan şəxslərin sanksiyalarla üzləşə biləcəyi bildirilib.
Həmçinin “Nusuk” platforması vasitəsilə Ümrə icazələrinin verilməsi 18 aprel - 31 may tarixləri arasında müvəqqəti olaraq dayandırılacaq. Bu addım Həcc öncəsi sıxlığın idarə olunmasına yönəlib.
Rəsmilər icazəsiz Həcc ziyarətinə cəhd edən şəxslərə qarşı ciddi tədbirlərin görüləcəyini vurğulayıblar. Qaydanı pozanları ölkəyə giriş qadağası və 20 min riyala qədər cərimə gözləyir.
Rəsmi məlumatlara görə, ötən il Həcc ziyarətində 1,6 milyondan çox insan iştirak edib. Yeni qaydaların əsas məqsədinin izdihamı nəzarətdə saxlamaq, təhlükəsizliyi artırmaq və ibadətin daha nizamlı təşkilini təmin etmək olduğu bildirilib.







Oxşar -Yeniinfo.az
Ən çox pambıq harada istehsal olunur?
ABŞ ilə İran yenidən görüşür - hər şey sülhə doğru gedir
ABŞ-ın bu addımı cinayət və təcavüzdür - Rusiya
Atəşkəs fırtınadan öncəki səssizlikdir - Ekspert
Rusiya Arktikanın bu ərazisini bağlayır - Xəbərdarlıq edildi
Helikopter qəzaya uğradı: bütün sərnişinlər öldü
Rusiya PUA-sı Rumıniyanın hava məkanına daxil oldu
Məmdani Nyu Yorku məhv edir - Tramp