Məktəblərdə valideynlərə "iltizam müqavilələri" təqdim edilir? - Agentlikdən AÇIQLAMA
Məktəblərdə valideynlərə "iltizam müqavilələri" təqdim edilir? - Agentlikdən AÇIQLAMA
Son günlər məktəblərdə valideynlərə iltizam müqavilələri təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
İltizam müqaviləsi adlandırılan bu sənədi hər məktəb öz seçimi ilə müəyyən qaydalarla tərtib edir.
Daha sonra valideynlər bütün öhdəlikləri üzərlərinə götürərək sənədə imza atırlar.
Keçirilən sorğu əsasında məlum olub ki, bəzi şəxslər maddələrin düzgün olmasını tələb edir, bəziləri isə bununla razıdır.
Məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən mövqe bildirilib. Qeyd edilib ki, təhsil müəssisəsinin nizamnaməsinə əsasən, hər məktəb daxili intizam qaydası təsdiq edib.
Qurumdan valideyinlərə müraciət edilib ki, övladlarının məktəb həyatında fəal iştirak etsinlər. Onların dərs davamiyyətinə, geyim qaydalarına, məktəb mühitindəki davranışına və müəllim-şagird münasibətlərinə diqqət yetirsinlər.







Oxşar -Yeniinfo.az
Barat Yusubova Minnətdarlıq və Uğur Arzuları
Şəhid Seyyid Rəşadın Əziz Xatirəsi Anıldı
Yandırılan məktəblinin son durumu açıqlandı
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Xankəndidə filial açır
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycandadır
Ağcabədidə ağır qəza: ölən var
Bakıda bu küçə və prospektlər təmir edildi
Bakıda metro xəttinin altından avtomobil yolu keçəcək