NASA-dan tarixi qərar
NASA-dan tarixi qərar
Amerika Kosmik Agentliyi (NASA) astronavtlara orbital missiyalar zamanı ilk dəfə smartfonlardan istifadə etməyə icazə verəcək.
Bu barədə BFMTV nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, NASA astronavtlarına ilk dəfə olaraq şəxsi smartfonları kosmosa aparmağa icazə veriləcək. Bu imkandan ilk yararlanacaq heyətlər gələn həftə Beynəlxalq Kosmik Stansiyaya göndərilməsi planlaşdırılan "Crew-12" missiyasının üzvləri, eləcə də 1960-cı illərdən sonra ilk dəfə Ay ətrafında uçuş edəcək Artemis II missiyasının heyəti olacaq.
NASA-nın administratoru Cared İsaakman bildirib ki, agentlik astronavtlara ailələri üçün dəyərli anları lentə almaq, həmçinin ilhamverici foto və videoları dünya ictimaiyyəti ilə paylaşmaq üçün lazımi alətləri təqdim edəcək.
Məqalədə vurğulanır ki, NASA indiyədək açıq təhlükəsizlik səbəblərinə görə bort elektronikasına son dərəcə ehtiyatla yanaşıb. Lakin indi agentlik smartfonların köməyi ilə kosmosdan daha şəxsi və eyni zamanda daha çox foto və video materialın əldə olunacağına ümid edir.







Oxşar -Yeniinfo.az
Moskva və Vaşinqton münasibətləri normallaşdırmaqdan uzaqdırlar
Bu ölkədə güclü zəlzələ oldu
ABŞ-la İran arasında nə baş verir? - Türkiyədən açıqlama
Rusiya Lukaşenkonu razı salsa, ordu hücuma keçəcək
İran hərbi əməliyyata başlaya bilər - Qalibaf
Rusiya bizim üçün bütün silahlarından istifadə edəcək
İran hərbi potensialını saxlayır - KİV
Tramp Xarkı ələ keçirməkdən buna görə imtina edibmiş