NATO Rusiyanın “Oreşnik” raketi ilə Ukraynaya zərbəsini şərh edib
NATO Rusiyanın “Oreşnik” raketi ilə Ukraynaya zərbəsini şərh edib
Rusiya Federasiyasının Ukraynaya qarşı “Oreşnik” tipli ballistik raketdən istifadə etməsi NATO üzvü olan ölkələrə mesaj göndərmək və onları Kiyevə dəstəyi dayandırmağa məcbur etmək cəhdi kimi qiymətləndirilir.
Bunu NATO-nun baş katibi Mark Rutte Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Rutte vurğulayıb ki, Rusiyanın aqressiv müharibəsi davam edir:
“Keçən həftə Lvova ‘Oreşnik’ raketinin tətbiqini və mülki, eləcə də enerji infrastrukturuna qarşı davamlı hücumları gördük. Rusiya bizi Ukraynaya dəstəkdən çəkindirməyə çalışır, lakin bu, Alyansı dayandırmayacaq”.
NATO baş katibi qeyd edib ki, Rusiya bu cür addımlarla təzyiq göstərməyə cəhd etsə də, Alyansın Ukraynaya dəstəyi davam edəcək.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf