Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün yeni imkanlar yarada bilər.
Bunu İranın keçmiş xarici işlər naziri və sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif bildirib.
"Bu gün vəziyyət dəyişib. Məsələn, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol bizim üçün bir fürsət ola bilər. Əgər keçmişdə ilişib qalsaydıq, bunu təhdid kimi görərdik. Halbuki biz təhdidləri fürsətə çevirməyi öyrənməliyik", - deyə Zərif vurğulayıb.
O qeyd edib ki, keçmişin əsiri olmamaq lazımdır və İranın bir çox problemləri məhz keçmişə yönəlmiş baxışdan qaynaqlanır.
Zərif keçmiş təcrübələrin təkrarlanmasının yeni uğursuzluqlara gətirib çıxara biləcəyi barədə də xəbərdarlıq edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..