Nazir: Azərbaycan 2030-cu ilə qədər 2,7 GVt gücündə külək və günəş stansiyaları tikəcək
Nazir: Azərbaycan 2030-cu ilə qədər 2,7 GVt gücündə külək və günəş stansiyaları tikəcək
Azərbaycan nümunə göstərməkdə davam edir.
Azərbaycan 2030-cu ilə qədər ümumi gücü 2,7 GVt olan külək və günəş elektrik stansiyaları tikməyi planlaşdırır.
Bunu II Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) ikinci günü çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, bu addım ölkəmizdə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücünü üç dəfə artıraraq 4 GVt-a çatdıracaq və 3,2 milyon ton istixana qazı emissiyasının qarşısını alacaq.
Nazir qeyd edib ki, növbəti iki il ərzində 2 QVt bərpa olunan enerjini idarə etmək üçün 250 MVt gücündə və 500 MVt saxlama həcminə malik akkumulyator sistemləri ilə birlikdə şəbəkəyə 10 yeni elektrik stansiyası inteqrasiya olunacaq.
"Bu stansiyalardan biri olan 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının noyabrda istifadəyə verilməsi nəzərdə tutulur", - Pərviz Şahbazov vurğulayıb.







Oxşar -Yeniinfo.az
Ağdama daha 110 ailə yola salındı
Qaradağda torpaq uçqunu nəticəsində bir nəfər ölüb, bir nəfər xilas edilib
Qızılın qiymətli 4700 dollardan aşağı enib
Bakıda mənzildən meyit tapılıb
ÇİRES-də rekultivasiya işlərinə başlanıldı
Sinif yoldaşının yandırdığı şagirdin durumu açıqlandı
Tıxac səngimir: sürücülər saatlarla yollarda
Rayonlarda sənədsiz tikililərin söküntüsünə başlanıldı