Niderlandda girov götürülən həbsxana işçiləri azad ediliblər
Niderlandda girov götürülən həbsxana işçiləri azad ediliblər
Niderlandın Vyuqt həbsxanasında məhbuslar tərəfindən girov götürülmüş əməkdaşlar azad ediliblər.
Bu barədə Niderland Həbsxana Xidmətinin sözçüsü Roksan Beisman məlumat verib.
"Vyuqt həbsxanasında girovların azad edilməsi əməliyyatı başa çatıb. Müəssisənin bütün işçiləri təhlükəsizlikdədir və yardım alıblar. Hadisə ilə bağlı araşdırma aparılacaq", - deyə o bildi05 dekabr, 21:48
Niderlandın Vyuqt şəhərindəki islah müəssisəsində məhbuslar həbsxana əməkdaşlarını girov götürüblər.
Bu barədə NU.nl məlumat yayıb.
Hadisənin həbsxana xəstəxanasının psixiatriya şöbəsində baş verdiyi bildirilib.
Məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələri müəssisəyə daxil olublar.
Ədliyyə və Təhlükəsizlik Nazirliyi hadisənin yalnız həbsxana daxilində baş verdiyini təsdiqləyib. Obyektin perimetri xaricində heç bir əməliyyat aparılmayıb.
Girovların sayı və hadisənin detalları barədə əlavə məlumat açıqlanmayıb.







Oxşar -Yeniinfo.az
Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!
Türkiyə Estoniyada sursat fabriki tikir: Kimə satacaq?
Ukrayna rus ordusunu bu üç amilə görə üstələyir - General
Belarus Ukraynaya hücum edə bilərmi? - Zelenski
Rusiyaya xidmət etməmişəm, bu, məni incidir - Siyarto
“Reuters”: Pentaqon İspaniyanı NATO-dan çıxarmaq və digər müttəfiqləri cəzalandırmaq istəyir
Starmer xarici proksi hücumlarından narahatdır
İran rəhbərliyi milli birliyin sarsılmaz olduğunu bəyan edib