Niderlandda qadın insanlar əvəzinə əjdahalar görür: Nadir xəstəlik
Niderlandda qadın insanlar əvəzinə əjdahalar görür: Nadir xəstəlik
Niderland sakini olan 52 yaşlı qadın nadir xəstəlik səbəbi ilə uşaqlıqdan insan üzləri əvəzinə əjdaha üzləri görüb.
Bu barədə "Live Science" nəşri yazıb.
Məlumata görə, qadın həblərin köməyi ilə bu hallüsinasiyalardan xilas ola bilib.
Qadının sözlərinə görə, insanlarla rastlaşdığı zaman əvvəlcə onların üzləri normal görünsə də, daha sonra daim bu simalar itiuclu qulaqları, parlaq sarı, yaşıl, mavi və ya qırmızı rəngli nəhəng gözləri olan mifik sürünənlərin qara üzlərinə kimi şəkil almağa başlayıb. Qadın bildirib ki, bu hallüsinasiyalar onu uşaqlıqdan təqib edirmiş və insanlarla normal ünsiyyət qurmasına mane olurmuş.
Diaqnoz axtarışında olan həkimlər qadının beynini müayinə ediblər. Maqnit Rezonans Tomoqrafiyası (MRT) zamanı lentikulyar nüvənin yaxınlığında bir neçə zədələnmə aşkarlayıblar. Beynin bu hissəsinin zədələnməsi diqqət, yaddaş problemlərinə səbəb olur və şizofreniyaya gətirib çıxara bilir. Bundan əlavə, həkimlər xəstənin beyninin rəngləri və üzləri emal edən hissələrində qeyri-adi aktivlik müşahidə ediblər.
Qadına prozopometamorfopsiya diaqnozu qoyulub ki, bu, üzlərin qavranılmasının dəyişməsi ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Ona dərman müalicəsi təyin olunub. Qadının sözlərinə görə, müalicəyə başladıqdan 3 il sonra hallüsinasiyalar demək olar ki, yox olub.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..