Norveç kəşfiyyatı Rusiyanın "Burevestnik" raketini harada sınaqdan keçirdiyini açıqladı
Norveç kəşfiyyatı Rusiyanın "Burevestnik" raketini harada sınaqdan keçirdiyini açıqladı
Rusiya "Burevestnik" qitələrarası qanadlı raketini Novaya Zemlya arxipelaqında sınaqdan keçirib.
Bu barədə "Reuters" agentliyi Norveç kəşfiyyatının başçısı vitse-admiral Nils Andreas Stensyonesə istinadən xəbər verir.
"Rusiyanın Novaya Zemlyada "Skyfall" uzaqmənzilli qanadlı raketinin ("Burevestnik"in NATO kodifikasiyasında adı) yeni sınaq buraxılışlarını həyata keçirdiyini təsdiqləyə bilərik", - deyə Stensyones vurğulayıb.
Oktyabrın 26-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov "Burevestnik"in bu ayın 21-i sınaqdan keçirildiyini barədə məlumat vermişdi, lakin buraxılış yerini göstərməmişdi.
Bildirilmişdi ki, sınaq zamanı raket təxminən 15 saat havada qalıb, 14 min km məsafə qət edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..