Nüvə silahlanmasında təhlükəli artım: Çin sürətlə yüksəlir
Nüvə silahlanmasında təhlükəli artım: Çin sürətlə yüksəlir
Çin son iki il ərzində nüvə arsenalını sürətlə artıraraq Böyük Britaniyanın hazırda malik olduğu qədər strateji silah əldə edib.
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara açıqlama verib.
Onun sözlərinə görə, Çin uzun illər əvvəl minimal çəkindiricilik siyasətindən imtina edərək bu gün müşahidə edilən strateji sıçrayışa keçib.
Cebara həmçinin qeyd edib ki, Rusiya və ABŞ da öz nüvə arsenalını modernləşdirmək istiqamətində addımlar atır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına əsasən, 2025-ci ilin yanvar ayına dünyada ümumilikdə 12 241 döyüş başlığı mövcuddur. Onların təxminən 90%-i Rusiya və ABŞ-a məxsusdur.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..