Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Bakının Nəsimi rayonu ərazisindəki qəzalı evlər söküləcək.
Mirəli Qaşqay, 34 ünvavanında 50-dən çox ailənin yaşadığı 1-2 mərtəbəli evlərə artıq baxış keçirilib.Sakinlərin sözlərinə görə, aidiyyəti qurumun əməkdaşları ərazidəki mənzillərin ölçülərini də götürüblər. Lakin sakinlər mənzillərin ölçülərinin evin iç divarlarından hesablanmasından narazılıqlarını bildiriblər. Mənzillərin hər kvadratmetrinə düşən məbləğlə bağlı isə hələ heç nə deyilməyib.
İlkin ehtimala görə, ərazidə park salınacaq.
Söküntü ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, qeyd edilən ünvan qəzalı binaların siyahısına daxil edilib və yaxın zamanda bina sakinləri ilə görüş keçirilərək ətraflı məlumat veriləcək.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı