Oktyabrın 11-də gözlənilən hava şəraiti
Oktyabrın 11-də gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-18°, gündüz 20-24° dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 20-də gözlənilən hava şəraiti
Aprelin 19-da gözlənilən hava şəraiti
Aprelin 18-də gözlənilən hava şəraiti
Aprelin 17-də gözlənilən hava şəraiti
Aprelin 16-da gözlənilən hava şəraiti
Aprelin 15-də gözlənilən hava şəraiti
Aprelin 14-də gözlənilən hava şəraiti
Aprelin 13-də gözlənilən hava şəraiti