Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə sazişi imzalanıb
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın baş naziri Şahbaz Şərif “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, səfərdə olan Pakistanın baş naziri Şərif paytaxt Ər-Riyaddakı Yamama sarayında bin Salmanla görüşüb.
Rəsmi görüş zamanı nümayəndə heyətləri iki ölkə arasında tarixi və strateji əlaqələri və bir sıra birgə iş sahələrini nəzərdən keçiriblər.
Sonda tərəflər ölkənin təhlükəsizliyini artırmaq, regionda və dünyada təhlükəsizlik və sülhü təmin etmək səylər çərçivəsində “Birgə Strateji Müdafiə Sazişi” imzalayıblar.
İmzalanan saziş iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı genişləndirmək və istənilən hücuma qarşı birgə mübarizəni gücləndirmək məqsədi daşıyır.
Razılaşmada vurğulanır ki, tərəflərdən birinə qarşı hər hansı bir hücum hər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..