Papuaşvili: Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir
Papuaşvili: Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir
“Bu gün Gürcüstanın strateji mövqeyi və Orta Dəhlizin unikal potensialı xüsusi önəm kəsb edir. Son illərdə Orta Dəhlizdə yük dövriyyəsi və iqtisadi fəallıq presedenti olmayan artım nümayiş etdirir”.
Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisi Maliyyə Sammitinin açılış mərasimində çıxışında deyib.
Onun sözlərinə görə, bu tendensiya regionun Avropa və Asiya iqtisadiyyatları üçün yeni imkanlar yarada biləcək böyük ticarət arteriyasına çevrildiyini açıq şəkildə göstərir.
“Eyni zamanda ticarətin artımı və infrastrukturun inkişafı müasir maliyyə xidmətlərinin tətbiqi və gücləndirilməsi ilə müşayiət olunmalıdır. Məhz innovativ vergi sistemləri, maliyyə texnologiyaları və sabit maliyyə sektoru Orta Dəhlizi təkcə ən səmərəli nəqliyyat və ticarət marşrutuna deyil, həm də maliyyə mərkəzinə çevirən təməl yaradır”, - spiker söyləyib.
Ş.Papuaşvili Gürcüstanın bu istiqamətdə mühüm addımlar atdığını bildirib. O, texnoloji innovasiyalar üçün əlverişli mühitin yaradılması və maliyyə sektorunun normativ-hüquqi bazasının ən yaxşı beynəlxalq standartlara yaxınlaşdırılmasının Gürcüstan üçün prioritet məsələ olduğunu qeyd edib.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..