Pezeşkian Avropadan dəstək İSTƏDİ
Pezeşkian Avropadan dəstək İSTƏDİ
İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazının bağlandığını, təcavüzkar dövlətlər və onların tərəfdarları ilə əlaqəli gəmilər üçün əlçatmaz qalacağını deyib. O, Hörmüz boğazına hər hansı bir xarici müdaxilənin ciddi və genişmiqyaslı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq etdi.
Məsud Pezeşkian bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta ilə telefon danışığında bildirib.
Prezident Pezeşkian ABŞ və İsrailin İrana hücumlarını hüquqi normaların və beynəlxalq prinsiplərin açıq şəkildə pozulması kimi xarakterizə edib.
O, Avropa ölkələrini İrana qarşı mənfi və qeyri-konstruktiv yanaşmadan imtina etməyə və bunun əvəzinə konstruktiv əməkdaşlığı təşviq edən beynəlxalq hüquqa əsaslanan siyasət yürütməyə çağırıb.
İranın özünümüdafiə hüququna malik olduğunu bir daha təsdiqləyən Pezeşkian əlavə edib ki, xüsusilə Hörmüz boğazı ilə bağlı davam edən regional qeyri-sabitlik ABŞ və İsrailin düşmənçilik hərəkətlərinin birbaşa nəticəsidir.
O, bir daha Avropa ölkələrini İrana qarşı dağıdıcı bir kurs yürütmək əvəzinə, siyasətlərini beynəlxalq hüquqa uyğunlaşdırmağa çağırıb.
Avropa Şurasının prezidenti Antonio Kosta öz növbəsində münaqişənin geosiyasi və iqtisadi nəticələrindən narahatlığını bildirib. O, Avropa ölkələrinin İrana qarşı hücumları dəstəkləmədiyini məsələnin sülh yolu ilə həll yollarına ehtiyac olduğunu vurğulayıb.







Oxşar -Yeniinfo.az
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...
Rus ordusu bu şəhərə əlavə qüvvələr toplayır
Türkiyədə daha bir məktəbə hücum planı: 8 şagird saxlanıldı
İranla danışıqlarda onlar iştirak edəcək - Tramp