Pezeşkian: Hicabın zorla tətbiq edilməsini düzgün hesab etmirəm
Pezeşkian: Hicabın zorla tətbiq edilməsini düzgün hesab etmirəm
İran prezidenti Məsud Pezeşkian Fox News-a müsahibəsində bildirib ki, Qərbin İranın “dinc nüvə proqramı” ilə bağlı irəli sürdüyü ittihamlar əsassızdır.
Prezident vurğulayıb ki, İran nüvə silahı əldə etmək niyyətində deyil və beynəlxalq hüquq çərçivəsində xalqlar və qonşularla sülh və dialoq axtarır:
“Beynəlxalq problemlərin ən uğurlu həlli qarşılıqlı danışıqlardır. Amerika isə regionda və ölkəmizdə iğtişaşlar yaratmaq istəyir”.
Pezeşkian sözlərinə əsasən, Tehran dünyanın bütün ölkələri ilə normal əlaqələr qurmaq niyyətindədir və nə ölkə daxilində, nə də xaricdə iğtişaş yaratmaq istəmir.
O, hicab məsələsinə toxunaraq deyib: “Mən məcburiyyətə inanmıram və hicabın zorla tətbiq edilməsini düzgün hesab etmirəm. Bizim izlədiyimiz siyasətdə belə bir məcburiyyət yoxdur”.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..