Pezeşkian: "İran ABŞ, İsrail və Avropa ilə müharibə vəziyyətindədir"
Pezeşkian: "İran ABŞ, İsrail və Avropa ilə müharibə vəziyyətindədir"
"İran faktiki olaraq Qərb ölkələri və İsraillə tammiqyaslı müharibə vəziyyətindədir".
Bunu İran Prezidenti Məsud Pezeşkian Ali lider Ayətullah Əli Xameneinin saytında dərc olunmuş müsahibəsində deyib.
"Mənim fikrimcə, biz ABŞ, İsrail və Avropa ilə tammiqyaslı müharibə vəziyyətindəyik. Onlar ölkəmizin öz ayaqları üzərində möhkəm dayanmasını istəmirlər", - Pezeşkian bildirib.
Lakin prezidentin sözlərinə görə, İran ordusu əvvəlki hücumlar zamanı olduğundan daha güclüdür. O əlavə edib ki, Tehran növbəti hücumlar zamanı daha qətiyyətli cavab verməyə hazırdır.
Eyni zamanda, Pezeşkian qeyd edib ki, İran qonşu ölkələrlə, o cümlədən mədəni və iqtisadi sahələrdə münasibətlərini xeyli yaxşılaşdırıb. Bu baxımdan o, Azərbaycan, Özbəkistan, Türkiyə, BƏƏ və digər ölkələrdən bəhs edib.
Pezeşkian vurğulayıb ki, İran Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla çox yaxşı münasibətlər qurub.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf