Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır
Polşa iki il ərzində PUA-lara qarşı müdafiə sistemi yaratmağı planlaşdırır
Polşa iki il ərzində şərq sərhədində pilotsuz uçuş aparatlarına (PUA) qarşı yeni müdafiə sisteminin yaradılmasını başa çatdırmağı planlaşdırır.
Bunu "The Guardian" qəzetinə müsahibəsində müdafiə nazirinin müavini Çezari Tomçik bildirib.
"Biz gözləyirik ki, sistemin ilkin imkanlarından təxminən yarım ildən sonra, bəlkə də, daha tez istifadə edə biləcəyik. Tam sistemin yaradılmasının başa çatdırılması üçün 24 ay lazım olacaq," – deyə o qeyd edib.
Tomçik bildirib ki, yeni hava hücumundan müdafiə sistemləri on il əvvəl qurulmuş köhnə müdafiə xəttinə inteqrasiya olunacaq. Nazir müavininin sözlərinə görə, bu xətt çoxsəviyyəli olacaq və pulemyotlar, toplar, raketlər, həmçinin PUA-ları boğma sistemlərini özündə birləşdirəcək.







Oxşar -Yeniinfo.az
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular
Trampın iki yaxın adamı Zelenskini məyus etdi
“İki ilə müddət bitir, nə edəcəyik?” – Zelenskini narahat edən məsələ
Tramp: "İranla atəşkəsin uzadılması ehtimalı azdır"
Pezeşkian: “İranlılar gücə boyun əymirlər”
ABŞ kəşfiyyatı Trampa Pakistan ordusunun rəhbəri ilə bağlı xəbərdarlıq edib
Rusiya Estoniyaya hücum edəcək?
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf