Prezident İlham Əliyev Peter Pelleqriniyə təşəkkür edib
Prezident İlham Əliyev Peter Pelleqriniyə təşəkkür edib
Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesabında məlumat paylaşılıb.
“Slovakiya Prezidenti Peter Pelleqriniyə İran İslam Respublikası dronlarının Naxçıvanda mülki infrastruktura son hücumları ilə bağlı prinsipial mövqeyinə və həmrəyliyinə görə səmimi təşəkkürümü bildirirəm.
Slovakiya diplomatik heyətinin Tehrandan təxliyəsinə Azərbaycanın dərhal dəstəyi ölkələrimiz arasında münasibətlərin strateji səviyyəsinin əyani təzahürüdür və beynəlxalq əməkdaşlığa sadiqliyimizin ifadəsidir”, - paylaşımda qeyd edilib.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı