Pul xərcləməyə ehtiyac qalmadı: Ən güclü detoks bədənimizdə var imiş
Pul xərcləməyə ehtiyac qalmadı: Ən güclü detoks bədənimizdə var imiş
Bir çox insanlar sağlamlığı və yaxşı əhvali-ruhiyyəni qorumaq üçün mütləq şəkildə detoksun - orqanizmin xüsusi təmizlənməsinin vacib olduğuna inanırlar. Lakin mütəxəssislər bildirirlər ki, insan orqanizmi özünü effektiv şəkildə təmizləyə bilən mükəmməl bir sistemdir.
Bu barədə rusiyalı həkim Olqa Aleksandrova "Aif.ru" nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, detoksikasiya qaraciyər, bağırsaqlar, böyrəklər, ağciyərlər, dəri və immun sisteminin iştirakı ilə baş verən təbii bir prosesdir. Əsas filtr rolunu oynayan qaraciyər bu prosesi iki mərhələdə həyata keçirir: əvvəlcə toksinləri suda həll olan birləşmələrə çevirir, daha sonra isə onları amin turşuları və qlütationla birləşdirərək böyrəklər, bağırsaqlar və ya dəri vasitəsilə orqanizmdən təhlükəsiz şəkildə xaric edir.
Həkim vurğulayıb ki, orqanizmin təbii fəaliyyətini dəstəkləmək üçün bir neçə sadə qaydaya riayət etmək kifayətdir.
Belə ki, tərkibində konservantlar və süni əlavələr olan qidaların istehlakı azaldılmalıdır. Qida rasionuna daha çox liflə zəngin məhsullar - tərəvəzlər, meyvələr, dənli və paxlalı bitkilər əlavə etmək tövsiyə olunur. Eyni zamanda, düzgün maye qəbulu rejimi də mühüm əhəmiyyət daşıyır: gündə ən azı 2 litr su içmək lazımdır. Orqanizmin daha yaxşı təmizlənməsi üçün fiziki aktivliklə məşğul olmaq, həmçinin dəridən toksinlərin xaric olmasını təşviq edən hamam və ya saunaya baş çəkmək də faydalı hesab edilir.







Oxşar -Yeniinfo.az
Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı
Corciya Meloni Bakıya səfərə hazırlaşır
Bu çay ürəyi qoruyur, stressi azaldır
Ceyhun Bayramov Tailanda getdi
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı